Serqo Çixladze - hakimiyyəti artıq iki aydır gözlədiyimiz mandatlar məsələsini müzakirə etməyə və tələblərimizi təmin etməyə çağırıram
Serqo Çixladze - hakimiyyəti artıq iki aydır gözlədiyimiz mandatlar məsələsini müzakirə etməyə və tələblərimizi təmin etməyə çağırıram

Aydındır ki, “Gürcü Arzusunun” ritorikası dəyişmir. Konstruktivlik və görünür, güzəşt barəsində söhbət artıqdır, – bu barədə “Strategiya Ağmaşenebeli” partiyasının üzvü, Serqo Çixladze bəyan etdi.

Onun dediyinə görə, Strategiya Ağmaşenebeli” partiyası öz mövqeyində dəyişməzdir.

“Heçnə dəyişməyib. Yenə də eyni mövqedə dururq. Heç cür daxil olub-olmamaqdan söhbət getmir. Hakimiyyəti mandatlar məsələsini gələn həftə müzakirə etməyə və nöqtə qoymağa çağırıram. Biz öz mövqeyimiz artıq elan etdik və bu qədər söhbət, spekulyasiyalar və sair olmayacaq. Qərar versinlər, artıq iki aydır gözlədiyimiz mandatlarla bağlı tələblərimizi təmin etsinlər”, – Serqo Çixladze bəyan etdi.