Danışıqlara müəyyən optimizlə gedirik, ondan irəli gələrək ki, iki həftə bundan əvvəl “Gürcü Arzusu” bəyan edirdi ki, ümumiyyətlə danışıqların mənasə yoxdur, indi isə, nisbətən başqa mövqedədilər. O da yaxşıdır ki, üç müddəa üzrə razılaşdıq və bir kənara qoya bilərik, – bu barədə “Strategiya Ağmaşenebelinin” üzvü, Serqo Çixladze bəyan etdi.
Onun dediyinə görə, indi həlledici iki müddəa qalır.
“İki siyasi məhbus, Nika Meliya və Giorgi Rurua tezliklə azad olunmalıdır və vaxtından əvvəl seçkilər təyin edilməlidir. Bu iki məsələ indi danışıqlarım mövzusudur və məhz elə bu iki məsələnin həlli üçün gedirik. İki siyasi azad olunsun və ədalətli, hamı üçün qəbul olunan yol ilə vaxtından əvvəl seçkilər təyin edilsin. Qırmızı xətt idi danışıqlar da, “Gürcü Arzusunun” da bir çox məsələ barəsində qırmızı xətti var idi. Lakin indi onlar başqa mövqedədilər ki, qırməzə xətt barəsində danışalar və həmçinin onların mövqeyi başqa məsələər barəsində də dəyişəcək.
“Gürcü Arzusu” və müxalifət arasında Avropa İttifaqı nümayəndəliyi ofisində planlaşdırlmış görüş saat 17:00-da keçiriləcək.