Serqo Çixladze – bizim üçün və başqa müxalif partiyalar üçün bir nömrəli məqsəd, olduqca çox partiya səsini toplamaqdır ki, “Gürcü Arzusu” 43 faizi götürməsin

14:26, 19.08.2021

“Strategiya Ağmaşenebeli” partiyasının üzvü, Serqo Çixladzenin bəyan etdiyinə görə, müxalif partiyalar üçün bir nömrəli məqsəd, olduqca çox partiya səsini toplamaqdır ki, “Gürcü Arzusu” 43 faizi götürməsin.

“Biz bütün müxalif namizədlərə uğurlar arzulayırıq. Bütün müxalif spektrinin müxalif partiyalar üçün bir nömrəli məqsədidir, olduqca çox partiya, eləcə də majoritar və merlik hissəsində çox səs toplamaqdır. Bizim hərəkətlərimiz ona yönəldilmiş olacaqdır – olduqca çox partiya səsini toplayaq ki, “Gürcü Arzusu” 43 faizi götürməsin”, – Serqo Çixladze bəyan etdi.

O ki, qaldı “Strategiya Ağmaşenebeli” partiyasının Potidə merliyə namizədi olacaq ya yox, Serqo Çixladzemin dediyinə görə, bu barədə 30 avqustda danışacaqlar.

“Ona qədər bunu təsdiq edə bilmərəm. Söhbətdir ki, bütün şəhərlərdə namizədimiz olmalıdır, üçüncü qüvvəli, lakin detalları hazırda səsləndirəməyəcəyik. 30 avqsutdan kampniya açılacaq”, -Çixladze qetd etdi.

Məlumat üçün, “Milli Hərəkatda” bəyan edirlər ki, Poti merliyinə namizəd olaraq Qiqi Uqulavanı təqdim edəcəklər. Ona qədər isə, söhbət deputat Tina Bokuçavadan gedirdi.

“Əvəz etmə olmayıb. Sadəcə olaraq qərar prosesində idik və yekun olaraq qərar verildi ki, Qiqi Uqulava olacaq. Seçim çox böyük idi, lakin sonunda Uqulava oldu”, – “Milli Hərəkatın” Poti təşkilatının sədir, Darecan Sxvitariya bəyan etdi.

 

Oxşar