Serqo Çixladze bəyan edir ki, “Strategiya Ağmaşenebeli” Parlament seçkiləri barəsində müvəqqəti istintaq komissiyasının yekun nəticəsinin müzakirəsində iştirak etməyəcək

11:55, 25.07.2021

“Strategiya Ağmaşenebeli” partiyasının üzvü, Serqo Çixladze bəyan edir ki,26 iyulda plenar iclasda, 2020-ci il Parlament seçkiləri barəsində müvəqqəti istintaq komissiyasının yekun nəticəsinin müzakirəsində iştirak etməyəcəklər.

Elə onun dediyinə görə, komissiyaya qarşı etimadları yoxdur.

“Sözsüz ki, iştirak etməyəcəyik, çünki heç cür etimadımız yoxdur və indi son iclas olacaq və ya sonundan əvvəl iclas, burada iştirak etmənin mənasını görmürük. Hələ noyabrdan başlamış bizim heç bir şikayətimizə münasibət bildirilməyib. Hər şeyin başını buraxsaq, hamı üçün tanınmış kadr, “Gürcü Arzusu” komissiya üzvləri ki, bülletenləri atırdılar, araşdırılıb və ya kimsə dindirilibmi? Sözsüz ki, yox. Müvafiq olaraq bu cür komissiyadan nə etimad, nə gözlənti olmalıdır”, – Serqo Çixladze bəyan etdi.

Sabah, 26 iyulda plenar iclasda, 2020-ci il Parlament seçkiləri barəsində müvəqqəti istintaq komissiyasının yekun nəticəsinin müzakirəsi keçiriləcək.

Gürcü Arzusu” müxalif partiyalarını müvəqqəti istintaq komissiyasının yekun nəticəsinin müzakirəsində iştirak etməyə çağırır.

“Gürcü Arzusu” tərəfindən yayılan bəyanatda deyilir ki, iclasda iştirak etməmək disskusiyada boyun qaçırmaq və məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndiriləcək.

Oxşar