Serqi Kapanadze - müxalifət hakimiyyətlə dialoqu davam etdirir, biz heç nəyin pozulmasını planlaşdırmırıq
Tam məsuliyyətlə bəyan edirəm, müxalifət vaxtından əvvəl seçkilərin keçirilməsi və siyasi təqib olunanlar üzrə danışıqları sonuna qədər aparmağı planlaşdırır, “Gürcü Arzusu” bu məsələni güzəştə getməlidir əgər istəmirsə ki, böhran dərinləşsin, – bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü, Serqi Kapanadze bəyan etdi.
Onun dediyinə görə, “Gürcü Arzusunun” təbliğatı olacaq, sanki müxalifət danışıqların pozmasını istəyir.
Serqi Kapanadze açıqlayır ki, müxalifət hakimiyyətlə dialoqu davam etdirir, onlar heç nəyin pozulmasını planlaşdırmırlar.
“Onlar üçün xilasedici dairə olacaq ki, danışıqların pozulmasını müxalifətin üstünə atsın. Buna görə, biz heç nəyin pozulmasını planlaşdırmırıq. Məqsədimizdir ki, ən yaxın zamanda vaxtından əvvəl seçkilər keçirilain və siyasi təqib olunanların azad olunmasına nail olunsun. İşləyib hazırladığımız plan üzrə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq.
Bu yalnız müxalifət-hakimiyyət danışıqları deyil. Praktiki olaraq bütün ictimaiyyətin istəyidir ki, bu ən ağır böhran həll olunsun. Bu böhran daha da dərinləşir. İlk böyük addım seçkilərin saxtalaşdırılması, sonra Nika Meliyanın yaxalanması, indi isə yayılan bu ağır yazılardır, Qaxariya da istefa verdi. Bu böhranın yeganə dəf edilməsi yolu, vaxtından əvvəl seçkilərin keçirilməsidir.
Biz danışıqlara hazırıq. Yoxsa da tam məsuliyyət onların üzərinə düşür. Danışıqlarda Ğaribaşvili iştirak etmirdi. Bir partiya ki, bəyan etdi Ğaribaşvili ilə danışıqlar istəmirlər, demək deyil ki, danışıqlar pozuldu”, – Kapanadze bəyan etdi.