Serqi Kapanadze - komissiyaya, suallara cavab verməli olan hər kəs gələcək, bu İrakli Şotadze, Mirzə Subeliani və ya başqası ola bilər, Tea Tsulukiani də istisna deyil
Müvəqqəti istintaq komissiyasının məqsədi, cəmiyyətin Xorava küçəsindəki cinayətlə bağlı bütün suallara cavab almasıdır, – bu haqda istintaq komissiyasının rəhbəri Serqi Kapanadze qeyri-hökümət təşkilarlarının nümayəndələri ilə görüşdə bildirdi.

Onun dediyinə əsasən, qeyri-hökümət sektorları ilə görüş gələcəkdə də keçiriləcək və komissiyanın iş prosesi isə qanunun icazə veridyi qədərilə ictimai olacaq.

“Cəmiyyətin maraqları çox yüksək olduğu üçün, proses önəmlidir. Bizim bu tərz görüşlərimiz çox olacaq. Qeyri hökümət sektorunun suallarını dinləyəciyik. Necə fəaliyyət göstərəciyimizə cavab olaraq isə qanunun icazə veridyi qərədilə maksimal dərəcədə ictimai  şəkildə olacaq deyirik”, – Serqi Kapanadze bildirdi.

Onun dediyinə əsasən, komissiyaya, cinayətlə əlaqəsi olan hər kəs gələcək.

“Bizim məqsədimiz, cəmiyyətin mpvcud bütün suallarına cavab verməkdir. Cinayətlə əlaqəsi olan bütün şəxsləri komissiyaya gətirməyi planlayırıq. Burada, vəzifənin, keçmiş vəzifənin və ya siyasi ağırlığın heç bir mənası yoxdu. Bu bizim üçün məhdudiyyət olmayacaq, buna görə də prosesi aparmağa çalışacağıq”, – Kapanadze bəyan etdi.

Onun izahatına əsasən, komissiyanın funksiyası kimisə yaralamaq deyil, hər şeyə öz adını verməkdir.

 

“Bizim funksiyamız kimisə yaralamaq deyil, hər şeyə öz adını verməkdir. Komissiyanın iclasına suallara cavab verməli olan hər kəs gələcək, bu İrakli Şotadze, Mirzə Subeliani və ya başqası ola bilər, Tea Tsulukiani də istisna deyil. Hər şeyə komissiya qərar verəcək”, – bəyan edib, qeyd etdi ki, komissiya real olaraq sabahdan işə başlayır və onunla qətlə yetirilən yeniyetmənin atası Zaza Saralidze əməkdaşlıq edəcək.

Qeyri-hökümət təşkilatlarının nümayəndələri bu gün Xorava küçəsi işi üçün Parlamentdə yaradılan  istintaq komissiyasının üzvləri ilə görüşdülər. Bu gün komissiya rəhbəri Serqi Kapanadze və Zaza Saralidzenin görüşü də baş tutdu.