Serqi Kapanadze - Xorava küçəsində baş vermiş cinayət işinin materialları qısa zamanda komissiya üçün əlçatan olmalıdır, idarələrə məktublar artıq yollanıb

Tbilisidə Xorava küçəsində baş vermiş cinayət işinin materiallarının götürülməsi məqsədilə, müvəqqəti Parlament İstintaq Komissiyasından müvafiq idarələrə məktublar artıq yollamıb, – bu haqda komissiya sədri Serqi Kapanadze bəyan etdi.

Kapanadze ümid edir ki, materialları komissiya qısa bir zamanda alacaq ki, onların öyrənilməsi və araşdırılması avxtında baş versin.

“İdarələrə məktublar artıq yollanıb ki, gecikmədən  materiallar komissiyaya çatsın. Söhbət 1-2 gündən gedir. Əgər hansısa idarənin materialları verməməklə əlaqədar illüziyası varsa, bunu hərkəs unutmalıdır. Bir-iki günə, ən qısa zamanda, materiallar komissiya və Parlament üçün əlçatan olmalıdır”, – Kapanadze bəyan etdi.

Onun izahatı ilə, prokurorlq işi 14 cilddən ibarətdir və komissiya çalışacaq ki, işi tez bir zamanda öyrənsin.

Müvəqqəti Parlament İstintaq Komissiyasının birinci iclası sabah keçiriləcək. İclasda qaydalar təsdiq olunacaq və növbəti hərəkət planı təyiin olacaq, onlar arasında komissiya tərəfindən ifadəsi alınacaq şəxslərin təxmini siyahısı.

Bununla Serqi Kapanadze bu gün Zaza Saralidze ilə görüşdü. Onun izahatı ilə, görüş Saralidzenin evində səhər baş tutdu. İş haqda detallı danışmaq üçün isə Saralidze Parlamentə sabah vəkili ilə bərabər gedəcək.