Serqi Kapanadze - "Gürcü Arzusunu" istintaq komissiyası deyil, birtəhər müxalifəti adladaraq içəri salmaq maraqlandırır
Serqi Kapanadze - "Gürcü Arzusunu" istintaq komissiyası deyil, birtəhər müxalifəti adladaraq içəri salmaq maraqlandırır

“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Serqi Kapanadze Parlamentdə seçkilərlə bağlı müvəqqəti istinataq komissiyasının yaradılmasına əks səda verir.

Kapanadzenin dediyinə görə, hakimiyyətin istintaq komissiyası barəsində söhbəti ayıbdır. Çünki, ictimaiyyət yaxşı xatırlayır ki, Parlament tarixində ilk dəfə toplanan komissiya ilə “Gürcü Arzusu” necə davranırdı.

Kapanadze qeyd etdi, hakimiyyət üçün komissiya alibidir ki, birtəhər Parlamentin legitimasiyasını alsınlar və müxalifət Parlamentə daxil olsun.

“Hakimiyyətin istintaq komissiyası barəsində söhbət etdiyi ayıbdır. Çünki, ictimaiyyət yaxşı xatırlayır ki, Parlament tarixində ilk dəfə toplanan komissiya ilə “Gürcü Arzusu” necə davranırdı. İndi onlar üçün komissiya sadəcə olaraq alibidir ki, birtəhər Parlamentin legitimasiyasını alsınlar və müxalifət Parlamentə daxil olsun. Buna görə, onları istintaq komissiyası deyil, birtəhər müxalifəti adladaraq içəri salmaq maraqlandırır. Bu alınmayacaq. Sözsüz ki, biz Parlamentə daxil ola bilərik, lakin ona qədər seçkilərlə bağlı razılaşma baş verməlidir. Bundan sonra başqa mövzular barəsində söhbət edə bilərik”, – Kapanadze bəyan etdi.