Serqey Şoyqu Zəngəzur dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizinin bir-biri ilə rəqabət aparmayacağını bildirir
Serqey Şoyqu Zəngəzur dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizinin bir-biri ilə rəqabət aparmayacağını bildirir

 

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Serqey Şoyqu Zəngəzur dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizinin bir-biri ilə rəqabət aparmayacağını bildirir.

Rusiya mediası Şoyqunun bu haqda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Təhlükəsizlik Şurasının katiblərinin görüşündə danışması haqda məlumat verir.

“Düşünürəm ki, hər iki yolun mövcud olmaq hüququ var – onlar Azərbaycanın öz regionları ilə birləşməsi üçün lazımdır. İki ölkə arasında ticarət üçün nəqliyyat dəhlizləri yaranıb” – Şoyqu qeyd edib.

Şoyqunun bəyanatına əsasən, “Şimal–Cənub” dəhlizi cənub limanlarını Şimal Buzlu okeanı və Şimal dəniz yolu ilə birləşdirir.

“Mən burada pis heç nə görə bilmirəm. Kiminsə yükü başqa yolla daşımasında rəqabət görmürəm” – Rusiyanın Təhlükəsizlik Şurasının katibi bildirib.