Sergey Şoyqu – Rusiyanı təcrid cəhdi praktiki olaraq mümkün deyil
Rusiyanı təcrid cəhdi praktiki olaraq mümkün deyil, – bu, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun bəyanatıdır, hansını da rəsmi Rusiya mətbuatı yayır.
“Rusiyanın təcrid olunması ilə bağlı davamlı səs-küylü bəyanatlar, bunun həqiqətdən çox uzaq olduğunu sübut edir. Buna nail olmaq ümumilikdə çətindir, lakin bizim ölkənin təqdirində bu, praktiki olaraq mümkün deyil, çünki sahəsi və ərazisi ilə böyük nüvə dövlətidir. Qabaqcıl elmi, inkişaf etmiş sənayesi, müdafiə kompleksləri olan ölkədir”, – Şoyqu deyir.
Rusiya Müdafiə nazirinin sözlərinə görə,”çoxları xüsusi əməliyyatın “Ordu 2022” forumunda iştirak edən müəssisələrin, şirkətlərin sayına hansısa şəkildə təsir edəcəyinə ümid edirdi.
“Deyəcəm ki, dostlər dost kimi qaldılar. Hər tərəfdən edilən ən güclü təzyiq onlara təsir edə bilmədi”, – Şoyqu bəyan etdi.