Sergey Şoyqu – Finlandiya və İsveç Rusiyanın qərb sərhədində artan hərbi təhdidlərin bir hissəsi olaraq NATO-ya qoşulur, Kreml adekvat cavab verir
Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanın qərb sərhədi boyunca hərbi təhdidlərin artmasının bir hissəsidir və Kreml adekvat cavab tədbirləri görür, – Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Məlumatı “Reuters” yayıb.
Onun sözlərinə görə, son illərdə ABŞ strateji bombardmançı təyyarələrin uçuşlarını artırıb, Baltik dənizinə hərbi gəmilər göndərib və NATO tərəfdaşları ilə regionda təlimləri intensivləşdirib.
Şoyqunun sözlərinə görə, Rusiya buna cavab olaraq Qərb Hərbi Dairəsində 12 bölmə və diviziya yaradacaq və Kreml öz qoşunlarının döyüş qabiliyyətini təkmilləşdirməyə çalışır.
“Qərb Hərbi Dairəsinin məsuliyyət zonasında gərginlik hələ də artmaqdadır. Biz adekvat cavab tədbirləri görürük”, – Şoyqu bildirib.