Sergey Qaydayın bəyan etdiyinə görə, Ukrayna silahlı qüvvələri Luqansk vilayətində bir neçə yaşayış məntəqəsini azad etdi

15:47, 05.10.2022

Ukrayna silahlı qüvvələri Luqansk vilayətində bir neçə yaşayış məntəqəsini azad etdi. Müvafiq məlumatı Luqansk Hərbi Dairəsinin Administrasiyasının rəhbəri,  Sergey Qayday təsdiq edir.

Bununla yanaşı, yerli hökumətin nümayəndəsi hansı yaşayış məntəqələrinin işğaldan azad edildiyini dəqiqləşdirmir.

“İndi rəsmi olaraq – Luqansk rayonunun işğaldan azad edilməsinə başlanılıb. Artıq bir neçə yaşayış məntəqəsi Rusiya ordusundan azad edilib və orada Ukrayna silahlı qüvvələri artıq Ukrayna bayrağını ucaldır”, – Qayday “telegram” kanalında yazır.

Oxşar