Sergey Narışkin – Rusiyanın məqsədləri dəyişməz qalır, sülh sazişinin şərtləri Ukraynanın nüvə silahından azad statusunu və Rusiyanın hazırkı sərhədlərinin tanınmasını nəzərdə tutur
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin bəyanatına görə, “Ukrayna ilə münaqişənin sülh yolu ilə həlli o deməkdir ki, Ukraynanın nüvə silahı olmayacaq, neytral statusa sahib olacaq, diskriminasiyaedici qanunlar ləğv olunacaq və Rusiyanın hazırkı sərhədləri suveren olaraq tanınacaq.”
Narışkinin bu bəyanatını Rusiya dövlət agentliyi “İTAR-TASS” yayıb.
“Münaqişənin bitməsindən sonra Rusiyanın strateji məqsədlərinə gəlincə, onlar dəyişməz qalır. Sülh sazişinin şərtləri, təbii ki, Ukraynanın nüvə silahından azad və neytral statusunu, Ukrayna dövlətinin demilitarizasiyası və denasifikasiyasını, 2014-cü il dövlət çevrilişindən sonra qəbul edilmiş bütün diskriminasiyaedici qanunların ləğvini və, əlbəttə ki, Rusiya Federasiyasının suverenliyi və hazırkı ərazi sərhədlərinin tanınmasını nəzərdə tutur,” – deyə Narışkin bildirib.