Sergey Lavrov: Vladimir Putin Ankoric görüşündən sonra ABŞ-ın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyaları ilə təəccübləndi
Sergey Lavrov: Vladimir Putin Ankoric görüşündən sonra ABŞ-ın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyaları ilə təəccübləndi

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Ankoricdəki görüşdən sonra Vladimir Putin rusiyalı neft şirkətləri üçün tətbiq olunan sanksiyalardan böyük təəccüb hissi keçirib.

Onun sözlərinə görə, Ankoricdə Rusiya ABŞ-ın Ukrayna böhranının həllinə dair təklifini dəstəkləyib.

“Sanksiyalar qüvvədə qalır. Üstəlik, ilk dəfə olaraq ‘Lukoil’ və ‘Rosneft’ kimi şirkətlərimizə qarşı çox sərt sanksiyalar tətbiq olundu. Bu, Ankoricdəki görüşdən üç həftə sonra baş verdi. Prezident bunu təəccüblə qarşılayıb. Ankoricdə razılaşmışdıq ki, Rusiya ABŞ-ın Ukrayna böhranının həlli təklifini dəstəkləyəcək”, – deyə Lavrov bildirib.

Rusiya Xarici İşlər Naziri həmçinin qeyd edib ki, bu razılaşmadan sonra Moskva gözləyirdi ki, ABŞ hansısa şura toplayacaq və ya sənədə imza atacaq, lakin Vaşinqton qəfil olaraq “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etdi.