Sergey Lavrov və Reks Tilierson telefon danışığında Suriyanın şimalında vəziyyəti müzakirə ediblər
Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla telefon danışığı zamanı Suriyanın şimalında sabitliyin təmin edilməsi və böhranın dinc yolla nizamlanmasına dair məsələləri müzakirə ediblər.
Rusiya XİN-in yaydığı məlumata görə, elefon danışığı yanvarın 20-də ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər həmçinin yanvarın 30-da Soçidə keçiriləcək Suriya milli dialoq Konqresinə dair məsələləri müzakirə ediblər.
Lavrov və Tillerson digər aktual məsələləri də müzakirə ediblər.