Sergey Lavrov və işğal olunmuş Abxaziyanın üzdəniraq Xarici İşlər naziri ikili vətəndaşlığın tənzimlənməsi məsələsinə dair "müqavilə" imzaladılar
Sergey Lavrov və işğal olunmuş Abxaziyanın üzdəniraq Xarici İşlər naziri ikili vətəndaşlığın tənzimlənməsi məsələsinə dair "müqavilə" imzaladılar

Rusiya Xarici İşlər naziri, Sergey Lavrov və işğal olunmuş Abxaziyanın üzdəniraq Xarici İşlər naziri, İnal Ardzinba  ikili vətəndaşlığın tənzimlənməsi məsələsinə dair “müqavilə” imzaladılar

İşğal olunmuş Abxaziyanın üzdəniraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “razılaşmanın” nəticəsi olaraq yaxın vaxtlarda mexanizm işə düşəcək ki, bu mexanizm çərçivəsində Abxaziyada yaşayan insanlar Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada alacaqlar.

Bununla yanaşı, yayaılan məlumata görə, ikili vətəndaşlığı 2008-ci il avqustun 26-dək Abxaziya “vətəndaşlığına” sahib olan şəxslər ala biləcəklər.

Görüş zamanı Sergey Lavrov Rusiyanın qeyd-şərtsiz dəstəyini də açıqlayıb, onun sözlərinə görə, Moskva işğal olunmuş Abxaziyanın qondarma suverenliyinin möhkəmləndirilməsi ilə bağlı bunu təsdiqləyir.