Sergey Lavrov – Rusiya hazırda Vaşinqtondan Alyaskada liderlərin sammitində Ukrayna ilə bağlı əldə olunmuş razılaşmaların aktual olduğunu təsdiqləməsini gözləyir
Sergey Lavrov – Rusiya hazırda Vaşinqtondan Alyaskada liderlərin sammitində Ukrayna ilə bağlı əldə olunmuş razılaşmaların aktual olduğunu təsdiqləməsini gözləyir

Rusiya hazırda Vaşinqtondan Alyaskada liderlərin sammitində Ukrayna məsələsinə dair əldə olunmuş razılaşmaların qüvvədə qalmasını təsdiqləməsini gözləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, ABŞ diplomatik kanallar vasitəsilə bildirir ki, Rusiya prezidenti Vladimir Putinin strateji silahların azaldılması haqqında müqavilədə nəzərdə tutulan məhdudiyyətlərin 2026-cı ilin fevralından sonra da saxlanılması ideyasını nəzərdən keçirir.

Ukrayna müharibəsi barədə danışarkən, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib ki, görünür, ABŞ üçün Ukraynanın prezidenti Volodimir Zelenskiyi Ukrayna konfliktinin həllinə qarışmamağa razı salmaq çətindir.

“ O vaxt, Alyaska sammitində amerikalılar bizi əmin etdilər ki, Zelenskinin sülh prosesinə müdaxilə etməyəcəyini təmin edə bilərlər. Görünür, bu məsələ ilə bağlı müəyyən çətinliklər yaranıb. Bundan əlavə, bizə məlum olduğu qədər, Brüssel və London Vaşinqtonu böhranın siyasi və diplomatik yollarla həllindən imtina etməyə və Rusiyaya qarşı hərbi təzyiq göstərmək cəhdlərinə tam qoşulmağa inandırmağa çalışırlar. Yəni nəticədə ‘müharibə partiyasının’ bir hissəsi olmağa”, – deyə Sergey Lavrov bildirib.

Rusiya XİN rəhbəri həmçinin deyib ki, Ankoricdə keçirilən görüşdə əldə olunmuş kompromisə baxmayaraq, Moskva öz əsas prinsiplərindən imtina etmir.

Lavrovun iddiasına görə, Rusiyanın ərazi bütövlüyü, eləcə də Krım, Donbas və Novorossiya sakinlərinin seçimi müzakirə mövzusu deyil.