Sergey Lavrov – Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün kartoqrafik material təqdim etməyə hazırdır

18:32, 09.06.2022

Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün kartoqrafik material təqdim etməyə hazırdır”, – medianın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri zamanı deyib.

“Sərhədin delimitasiyası və təhlükəsizliyi ilə bağlı ilk görüşün keçirilməsindən məmnunuq. Növbəti görüş, artıq qeyd edildiyi kimi, Moskvada planlaşdırılır. Biz məsləhətləşmələr, o cümlədən kartoqrafik materialların təqdim edilməsi yolu ilə tərəflərə kömək etməyə hazırıq”, – Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Ermənistan və Azərbaycan öz baxışlarını təqdim edib və Rusiya vasitəçi rolunu oynamağa hazırdır.

Xatırladaq ki, Aİ Şurasının vasitəçiliyi ilə Brüsseldə iki ölkə liderlərinin görüşündən sonra Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya üzvlərinin ilk iclası baş tutub.

Oxşar