Serqey Lavrov Qərb mediasında Rusiyaya qarşı informasiya müharibəsinin gücləndiyini, Rusiya haqqında yalan məlumat yayıldığını bildirir
Rusiyanın xarici işlər naziri Serqey Lavrov Qərb mediasında Rusiyaya qarşı yönəlmiş informasiya müharibəsinin gücləndiyini bildirib.
O, Rusiya haqqında Qərbdə televiziya və sosial şəbəkələrdə yalan məlumat yayıldığını bildirib.
“Bu (informasiya) müharibəsi davam edəcək. Deyərdim ki, güclənmə meyli göstərir. Bu, xüsusilə indi, məsələn, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynanı dəstəkləməyə yönəlmiş hərəkətlərinə, o cümlədən avropalılara satılan silahların ötürülməsinə və peyk kəşfiyyatının təmin edilməsinə baxmayaraq, bizimlə dialoqa açıq qaldığı zaman özünü göstərir. Tramp administrasiyası bu dialoqun daha da inkişaf etdirilməsini, dərinləşməsini və mümkün qədər çox sahəni əhatə etməsini açıq şəkildə dəstəkləyib. Digər tərəfdən, Avropa son ana qədər Rusiya ilə hər hansı bir təmasdan qəti şəkildə imtina edib. İndi deyirlər: “Xeyr, gəlin bu təmasları bir şəkildə bərpa edək” – Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.