Serqey Lavrov – Putin bəyan etdi ki, Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin, onun təhlükəsizliyini təmin edəcəyik, başa düşdüyüm qədəriylə, Kiyevdə buna zəmanət verilə bilməz

14:02, 31.10.2026

 

Atlantada cari “Böyük İyirmilik” ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşdən və Amerika Birləşmiş Ştatları ilə münasibətlərdən danışıb.

Lavrovun bəyanatına əsasən, Rusiya Prezidenti Vladimer Putin Ukrayna Prezidenti ilə görüşməyə hazırdır, lakin bunun üçün Ukrayna lideri Moskvaya gəlməlidir. Rusiyanın xarici işlər naziri, Moskvada Zelenskinin təhlükəsizliyinə tam zəmanət veriləcəyini bildirib.

“Prezident Putin dəfələrlə deyib ki, Zelenski prezident olduqdan sonra, son altı ilin bütün tarixçəsinə baxmayaraq, o, yenə də onunla görüşməyə hazırdır. O, bunu Zelenskinin birbaşa görüşə çağırmasından sonra bildirib. Prezident Putin deyib: əgər o görüşmək istəyirsə, Moskvaya gəlsin, onun təhlükəsizliyini təmin edəcəyik, başa düşdüyüm qədəriylə, Kiyevdə buna zəmanət verilə bilməz” – Lavrov bildirib.

Lavrov mətbuat konfransında Amerikanın dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşdən də bəhs edib.

Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin qeyd etdiyi kimi, tərəflər arasında konstruktiv söhbət baş tutub. Onun sözlərinə əsasən, Rusiya və Amerikanın milli maraqlarının əksər hallarda üst-üstə düşməməsinə baxmayaraq, uyğunluğun olduğu sahələrdə ikitərəfli və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi zəruridir.

Oxşar