Sergey Lavrov – NATO-nun Rusiya ilə müharibə vəziyyətində olmadıqları barədə bəyanatları yalandır
Sergey Lavrov: NATO-nun Rusiya ilə müharibədə olmadıqları barədə bəyanatları yalandır
NATO-nun Rusiya ilə müharibə vəziyyətində olmadığı barədə bəyanatları yalandır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrovun sözlərinə görə, avropalı və amerikalı hərbçilərin birbaşa iştirakı ilə Kiyevə silah, kəşfiyyat məlumatları və peyk dəstəyi, həmçinin Rusiya vətəndaşlarına və mülki obyektlərə qarşı ölümcül silahların hədəflənməsi və proqramlaşdırılması üçün zəruri məlumatlar təqdim olunur.
Lavrov bildirib ki, NATO-nun militarizasiyaya can atması bir gün bu yarışda məğlubiyyətlə nəticələnəcək.
“Bu necə başa çatacaq? Bu, nə vaxtsa mütləq başa çatacaq. Əgər onlar həddindən artıq militarizasiyaya can atırlarsa, bütün bunlar üstünlük uğrunda mübarizədə məğlubiyyətlə nəticələnəcək”, – deyə Lavrov jurnalistlərə bildirib.
Rusiyanın xarici işlər naziri qeyd edib ki, Avropa artıq Avropa iqtisadiyyatının, o cümlədən Almaniya iqtisadiyyatının ağır vəziyyətini gizlədə bilmir.
“Sosial sahəyə ciddi zərbə vurulduqda, güzəştlər azaldıqda, mülki iqtisadiyyat Avropadan ABŞ-a köçdükdə, o cümlədən biznes üçün şərtlərin daha əlverişli olduğu yerlərə getdikdə…” – deyə Rusiyanın xarici işlər naziri bildirib.