Serqey Lavrov – NATO harada görünübsə, orada yaxşı heç nə baş verməyib
NATO harada görünübsə, orada yaxşı heç nə baş verməyib – bu haqda Rusiyanın xarici işlər naziri Serqey Lavrov açıqlayıb.
O, NATO-nun silahlı qüvvə ilə müdaxilə etdiyi heç bir ölkədə vəziyyətin yaxşılığa doğru dəyişmədiyini bildirib.
“NATO-nun İraqa müdaxiləsi, keçmiş Yuqoslaviyaya qarışması və digər bir sıra avantüraları, o cümlədən Liviyada – NATO-nun öz üzv ölkələrinin ərazilərindən kənarda fəaliyyət göstərdiyi hər yerdə hərbi missiyalar kifayət qədər aqressiv xarakter daşıyıb. NATO-nun əlində silahla daxil olduğu heç bir yerdə vəziyyət yaxşılaşmayıb” – Lavrov qeyd edib.