Serqey Lavrov – NATO Arktikanı Rusiya ilə qarşıdurmanın yeni cəbhəsinə çevirməyi hədəfləyir

13:36, 31.08.2026

 

NATO Arktikanı Rusiya ilə qarşıdurmanın yeni cəbhəsinə çevirməyi hədəfləyir – bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib.

Rusiyanın xarici işlər naziri fevral ayında Şimali Atlantika Alyansının yüksək enliklərdə hərbi mövcudluğunu genişləndirmək məqsədi daşıyan “Arktika keşikçisi” əməliyyatına başladığını yada salıb.

“Şimal sərhədlərimizin bilavasitə yaxınlığında intensiv hərbi hazırlıq gedir. Regiondan kənar ölkələrin iştirakı ilə miqyaslı, təcavüzkar təlimlər keçirilir və NATO-nun komandanlıq və qərargah strukturunun yeni elementləri ortaya çıxır. Belə fəallıq birbaşa Rusiyaya təhdid yaradır və silahlı münaqişə riskini artırır. Moskva isə öz növbəsində regionda sülh zonasını qoruyub saxlamağa çalışır” – Serqey Lavrov qeyd edib.

Oxşar