Sergey Lavrov – Maraqlar balansı olmadan Rusiya heç bir razılaşmaya getmir
“Maraqlar balansı olmadan Rusiya heç bir razılaşmaya getmir”, – bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov əlavə edib ki, Rusiya digər ölkələrlə təmaslarında milli xarakterindən irəli gələn müəyyən emosiyaları hələ də nümayiş etdirir. Onun sözlərinə görə, rus xalqı insanpərvərliyi öyrədən nağılları, təmsilləri və ədəbiyyatı sevir.
“Kimləsə razılığa gəldikdə, bu, praqmatizmə əsaslanır… Biz maraqlar balansı olmadan heç bir razılaşma əldə etmirik”, – deyə Lavrov bildirib.
Sergey Lavrov Rusiyanın Bonndakı Baş Konsulluğunun bağlanmasını şərh edərkən “Heç kimi səni sevməyə məcbur edə bilməzsən” atalar sözünü misal çəkib.
“Biz bunu “Heç kimi səni sevməyə məcbur edə bilməzsən” prinsipi kimi qəbul edirik. Bizdə bu vəziyyəti izah edən və nə etmək lazım olduğunu göstərən çoxlu atalar sözləri var”, – deyə Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Rusiya kiminsə gözündə yaxşı görünməyə çalışmayıb, yalnız ədalətli danışıqlar aparmaq istəyib. Lakin onun sözlərinə görə, Qərbdə ədalətli danışıqlar aparmağı bilmirlər.