Sergey Lavrov - Gürcüstanla avia gediş-gəlişin bərpası doğru bir addım olacaq
Sergey Lavrov - Gürcüstanla avia gediş-gəlişin bərpası doğru bir addım olacaq

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bəyan edir ki, o Gürcüstanla avia gediş-gəlişin bərpasının tərəfdarıdır.

Bu barədə Lavrov “Kommersant”-la müsahibəsə deyib.

“Düşünürəm ki, bu doğru bir addım olacaq və Gürcüstan əhalisi də, parlamentdə pravoslav parlamentlərarası assambleyanın iclası keçirilərkən, küçədə provokasiyalı çıxışların kontr-produktivliyini dərk etdi. Müxalifət partiyaları o iclası pozdular və güya rusofobiya kampaniyasını başlatdılar, ancaq iclasda baş verənlər adi bir prosedur idi. Oraya əvvəlcədən hazırlanmış plakatlarla gələn insanlar da bunu yaxşı bilirdilər. Oradaki isteriyanın səbəbi əslində rus deputatların çıxışı deyildi. Mən yenə də Gürcüstanla dostluğun tərəfdarıyam” – dedi Lavrov.

Onun dediyinə görə, 2019-cu ilin yay aylarında Rusiya və Gürcüstan arasında viza rejiminin aradan qaldırılması planlaşdırırlırdı, ancaq baş verən gərginliklər bu prosesi təxirə saldılar.

“Mən ümid edirəm ki, bu problem müvəqqəti olaraq, təxirə salınıb. Gürcüstanda sağlam düşünən siyasətçilər də var. Görək işlər necə davam edəcək” – deyib Lavrov.

Gürcüstanla Rusiya arasında avia gediş-gəliş iyulun 8-dən dayandırılıb.