Sergey Lavrov – Dövlət Departamentinə bir sıra suallar göndərmişik, o cümlədən ABŞ-ın Rusiyanın dərinliklərindəki mülki obyektlərə zərbələrin planlaşdırılması və həyata keçirilməsində iştirak etməsi faktı ilə bağlı

14:59, 14.08.2026

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva ABŞ Dövlət Departamentinə bir sıra suallar göndərib və cavab gözləyir. Suallar arasında kəşfiyyat məlumatları ilə bağlı məsələ də var.
“Biz ABŞ Dövlət Departamentinə şərh üçün bir sıra suallar göndərmişik. O cümlədən, kəşfiyyat məlumatları məsələsi və ABŞ-ın Rusiyanın dərinliklərindəki mülki obyektlərə zərbələrin planlaşdırılması və həyata keçirilməsində iştirakı faktı ilə bağlı suallar göndərmişik. Cavab gözləyirik”, – deyə Sergey Lavrov bildirib.

Bununla yanaşı, Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva Qərbin Ukraynaya göstərdiyi dəstəyə qarşı tədbirləri sərtləşdirəcək.

“Qərbdən Kiyevin hərbi maşınını qidalandıran hər şeyi məhv etmək üçün metodlarımızı sərtləşdirəcəyik. Biz bunu artıq edirik”, – deyə Lavrov bildirib.

Müharibənin başa çatması perspektivlərindən danışan Rusiya xarici işlər naziri hərbi əməliyyatların dərhal dayandırılmasını istisna edib və bildirib ki, atəş yalnız uzunmüddətli, etibarlı və davamlı razılaşma təmin edildikdən sonra dayandırılmalıdır.

Oxşar