Serqey Lavrov – Danışıqlar dövründə, xüsusi hərbi əməliyyat çərçivəsində, biz fasilə elan etməyəcəyik
İstənilən formatda danışıqlar dövründə xüsusi hərbi əməliyyat çərçivəsində fasilə elan etməyəcəyik – bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında açıqlayıb.
“Avropa məhz bunu istəyir, sadə bir məqsədlə ki, Ukrayna rejiminə nəfəs almaq imkanı versin və onun tükənmiş hərbi arsenallarını doldurtdursun” – Lavrov qeyd edib.
O, Rusiyanın Ukraynada “ədalətli sülhün” əldə olunmasına dəstək üçün danışıqlara hazır olduğunu deyib.
Məlumat üçün bildirək ki, BMT Təhlükəsizlik Şurasında bəyanat verməzdən əvvəl Serqey Lavrov Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.