Sergey Lavrov BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gəlib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gəlib. Məlumatı Rusiya mediası yayıb.
Lavrov Baş Assambleyada sentyabrın 26-da çıxış edəcək. Səfər çərçivəsində Sergey Lavrov bir sıra çoxtərəfli və ikitərəfli görüşlər keçirəcək. O, bu gün ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.
Bundan əvvəl Lavrov bildirib ki, amerikalı həmkarı ilə Ukrayna məsələsinin həlli ilə bağlı ABŞ-ın mövqeyini, o cümlədən Vaşinqtonun vasitəçilik səylərini dəqiqləşdirməyi planlaşdırır.