Sergey Lavrov Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa çağırdı
Sergey Lavrov Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa çağırdı

Rusiya Xarici İşlər naziri, Sergey Lavrov Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa çağırdı.

Medianın məlumatına görə, Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri, Ceyhun Bayramov ilə telefon danışığında bəyan etdi ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli yüksək səviyyəli bəyanatda göstərilən parametrlərə uyğun olaraq, Laçın dəhlizində nəqliyyatın hərəkəti dərhal bərpa edilməlidir.

Rusiya və Azərbaycan Xarici İşlər Nazirliklərinin rəhbərləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas məsələləri üzrə hərtərəfli işi bərpa etmək üçün, qarşılıqlı məqbul həllərin əldə olunmasının vacibliyini vurğuladılar.