Serqey Lavrov – Avropada dondurulmuş maliyyə ehtiyatlarını Rusiyanın geri qaytaracağına şübhəm yoxdur

21:28, 15.09.2026

 

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Avropada dondurulmuş maliyyə ehtiyatlarını Rusiyanın geri qaytaracağına əmin olduğunu bəyan edir.

Onun sözlərinə əsasən, “Qərb ölkələrinin hüquqi təcavüzü” beynəlxalq hüququn geniş təfsirində özünü göstərir.

“Avropa Komissiyası, artıq dediyim kimi, bu aktivləri müsadirə etmək və yalnız Ukraynaya müəyyən təzminatlar ödədikdən sonra onları bizə qaytarmaq istəyir. Biz hər halda qızıl-valyuta ehtiyatlarımızın geri qaytarılmasını təmin edəcəyik, buna şübhəm yoxdur. Avropa İttifaqı indi təkcə bu oğurluğa bəraət qazandırmaq üçün deyil, həm də Belçika Baş nazirinin onların müsadirə edilməsi istiqamətində hər hansı addım atmaqdan qətiyyətlə imtina etdiyinə görə bu vəsaitləri Belçikanın yurisdiksiyasından çıxarmaq üçün müxtəlif kvazi-hüquqi bəhanələr uydurmağa çalışır. Bu, dəqiq Avropa İttifaqı rəhbərliyinin istədiyi şeydir” – Lavrov bildirib.

Onun sözlərinə əsasən, “Qərb ölkələri məsələni elə qələmə verməyə çalışırlar ki, sanki ehtiyatlar Rusiyaya məxsusdur, lakin onlardan əldə edilən və razılaşdırılmış payı aşan mənfəət Rusiyaya məxsus deyil”.

Məlumat üçün bildirək ki, artıq bir neçə aydır Avropa İttifaqı və Belçika dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı razılıq əldə edə bilmirlər.

Oxşar