Serqei Şoyqu – Ukrayna dronlarının inkişaf dinamikası və onlardan istifadə üsulları elədir ki, Rusiyanın heç bir bölgəsi artıq özünü təhlükəsiz hiss edə bilməz

18:13, 17.03.2026

 

Ukrayna dronlarının inkişaf dinamikası və onlardan istifadə üsulları elədir ki, Rusiyanın heç bir bölgəsi artıq özünü təhlükəsiz hiss edə bilməz – bu haqda Rusiya Təhlükəsizlik Şurasının katibi Serqei Şoyqu Yekaterinburqda keçirilən iclasda deyib.

“Bir müddət əvvəl Ural Ukrayna ərazisindən hava zərbələri üçün əlçatmaz idi, bu gün isə artıq birbaşa təhlükə zonasındadır” – Şoyqu bildirib.

Şoyqunun qeyd etdiyi kimi, Ural həmçinin geniş nəqliyyat infrastrukturu ilə seçilir, o cümlədən iri dəmir yolu magistralları və federal əhəmiyyətli avtomobil magistralları ilə.

“Onların sıradan çıxarılması təkcə əhəmiyyətli iqtisadi ziyana deyil, həm də böyük aqlomerasiyalarda həyatın qeyri-sabitliyinə də, təchizat zəncirlərinin, o cümlədən “xüsusi hərbi əməliyyat”ı təmin edən kritik əhəmiyyətli sistemlərin pozulmasına səbəb ola bilər” – Serqei Şoyqu bildirib.

Bununla yanaşa, noyabrın 27-də Yekaterinburqda və Sverdlovsk vilayətində ilk dəfə raket təhlükəsi rejimi elan edilib.

“Burada müdafiə-sənaye kompleksinin strateji müəssisələri, enerji və kimya sənayesi obyektləri, eləcə də ən böyük neft və qaz yataqları cəmləşib” – “İnterfaks” Şoyqunun sözlərindən sitat gətirir.

Həmçinin, Şoyqu qeyd edib ki, 2025-ci ildə Ukrayna tərəfindən Rusiyanın bölgələrindəki infrastruktur obyektlərinə edilən hava hücumlarının sayı demək olar ki, dörd dəfə artıb. Şoyqu bu cür hücumların sayının 23 minə çatdığını deyib.

Oxşar