Rusiya Təhlükəsizlik Şurasının katibi Serqei Şoyqu Şimali Koreyada ölkənin lideri Kim Çen İnlə görüşüb.
Rusiya səfirliyi tərəfindən yayılmış məlumata əsasən, tərəflər Ukrayna münaqişəsini və Koreya yarımadasındakı məsələləri müzakirə ediblər, bundan sonra da Şoyqu ölkəni tərk edib.
Bu, son üç ayda Şoyqunun ölkəyə ikinci səfəridir.
Məlumat üçün bildirək ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi yardım göstərir və silahdan başqa, canlı qüvvə ilə də təmin edir.