Serqei Lavrov – Yaxın gələcəkdə Rusiya və İran arasında yenilənmiş strateji tərəfdaşlıq sazişi imzalanacaq və bu sazişdə müdafiə məsələlərinə mühüm diqqət yetiriləcək

15:18, 31.10.2024

 
Yaxın gələcəkdə Rusiya və İran arasında yenilənmiş strateji tərəfdaşlıq sazişi imzalanacaq və bu sazişdə müdafiə məsələlərinə mühüm diqqət yetiriləcək – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov Belarusun paytaxtı Minskdə Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri, sözügedən sazişin iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcəyini deyib.

“Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında gələcək saziş Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün ciddi amil olacaq. Saziş yaxın gələcəkdə imzalanması üçün hazırlanır. Sazişdə, tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqlarından irəli gələrək müdafiə sahəsində daha sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyi təsdiqlənəcək” – Serqei Lavrov qeyd edib.

Oxşar