Rusiyanın xarici işlər naziri Serqei Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Bu haqda məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayır.
Nazirliyin bəyanatında qeyd edildiyi kimi, iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri beynəlxalq vəziyyət və ABŞ-Rusiya münasibətləri ilə bağlı mövqelərini bölüşüblər, eləcə də ikitərəfli təmasların cədvəlini müzakirə ediblər.
Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, telefon danışığı konstruktiv olub və işgüzar xarakter daşıyıb.