Serqei Lavrov – Sovet İttifaqının dağılmasından sonra xarici siyasətin tamamilə Qərbə yönəldilməsi səhv idi

21:07, 04.02.2025

 
SSRİ-nin dağılmasından sonra xarici siyasətin tamamilə Qərbə yönəldilməsi səhv idi – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, səhv Rusiyanın indiki rəhbərliyi və ölkə sakinlərinin indiki nəsli üçün yaxşı dərs olub.

“Təəssüflər olsun ki, Sovet İttifaqının dağılmasından və Rusiyanın suveren dövlətə çevrilməsindən sonra Rusiya Federasiyasının rəhbərliyi dırnaq arası Qərb sivilizasiyasının qapısının onun üzünə açıq olduğuna və qalan hər şeyin heç bir əhəmiyyət kəsb etmədiyinə inanırdı. Bu, strateji səhv idi. İndi bunu hamı, o cümlədən dövlət səviyyəsində etiraf edir” – Serqei Lavrov bildirib.

Oxşar