Serqei Lavrov Rusiyanın Ukrayna məsələsi üzrə Donald Trampın administrasiyası ilə məsləhətləşmələrə hazır olduğunu bildirir

13:32, 26.12.2024

 
Rusiya ABŞ-ın seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə Ukrayna məsələsi üzrə məsləhətləşmələrə hazırdır və Moskva Ağ Evin münaqişənin əsas səbəblərinə varacağına ümid edir – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov mətbuat konfransında bildirib.

Rusiyanın XİN rəhbəri bildirib : “Ukraynada atəşkəs heç bir istiqamətə getməyən yoldur və Moskva nizamlanma haqqında boş söhbətlərlə kifayətlənməyəcək”.

“Bizə Rusiya Federasiyasının təhlükəsizliyini və qonşularımızın qanuni təhlükəsizlik maraqlarını təmin etmək üçün bütün şərtləri qeyd edəcək, lakin bu sazişlərin beynəlxalq hüquqi yolla pozulmasının qeyri-mümkünlüyünü müəyyən edəcək kontekstdə yekun hüquqi sazişlər lazımdır. Heç kim bu faktı gizlətmir ki, atəşkəs Kiyevi silahla təmin etmək məqsədilə vaxt qazanmaq üçün lazımdır. Biz bunu dəfələrlə bəyan etmişik, maraqlar balansı axtarışında, qarşılıqlı faydalı razılaşmalar üzrə bərabər dialoqa can atan bütün Qərb nümayəndələri ilə danışmağa hazırıq” – Serqei Lavrov bildirib.

Oxşar