Serqei Lavrov - Rusiyanın maraqları nəzərə alınarsa, Moskva Ukrayna məsələsinin tənzimlənməsi üçün kompromislər axtarmağa hazırdır
Rusiyanın maraqları nəzərə alınarsa, Moskva Ukrayna məsələsinin tənzimlənməsi üçün kompromislər axtarmağa hazırdır. Bu barədə Rusiyanın xarici işlər naziri Serqei Lavrov “Pervi Kanal”a müsahibəsində deyib.
“Biz axı anlayırıq və prezident Putin bunu dəfələrlə deyib ki, nəticə etibarilə davamlı razılaşmalar – bu, kompromisdir. Biz onları axtarmağa hazırıq, o şərtlə ki, təhlükəsizlik sahəsində legitim maraqlarımız, Ukraynada rus xalqının legitim maraqları, eləcə də belə razılaşmanın digər iştirakçılarının legitim maraqları təmin olunsun” – Lavrov müsahibəsində bildirib.
Bundan başqa, Rusiyanın xarici işlər naziri bildirib ki, Tramp administrasiyasında NATO ilə bağlı problemləri başa düşürlər və bu haqda açıq şəkildə bəyan ediblər. Onun bəyanatına əsasən, “Plan var ki, Krımda və digər ərazilərdə keçirilən referendumlara məhəl qoymamaq olmaz”.
“İstənilən razılaşmada bu referendumun nəticələrini nəzərə almaq lazımdır. Konkret olaraq necə – dərhal, tədricən – bu, başqa məsələdir. Onlar yanaşmalarımızın mahiyyətini dərk ediblər və bu əsasda işləyirlər” – Lavrov qeyd edib.