Serqei Lavrov – Rusiya, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu Ukraynanın hədəflərinə genişmiqyaslı zərbələr endirməyə davam edəcək
Rusiya, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu Ukraynanın hədəflərinə genişmiqyaslı zərbələr endirməyə davam edəcək – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov Ukraynanın Moskvaya dronlarla hücumu ilə bağlı suala cavab olaraq deyib.
Lavrov, Kiyev rejiminin Moskva vilayətinə etdiyi hücuma cavab olaraq real addımların atılması gərəkdiyini bildirib.
“Təsadüfi deyil ki, prezident bu yaxınlarda Kiyev terroristinin növbəti təxribatından sonra bəyan etdi ki, biz müntəzəm olaraq Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin birbaşa asılı olduğu hədəflərə qarşı irimiqyaslı qrup zərbələri endirəcəyik. Bu tapşırığı ali baş komandan qoyub, bizim silahlı qüvvələrimiz bunu yerinə yetirir və yerinə yetirməyə davam edəcək. Düşünürəm ki, bütün lazımi sözlər artıq deyilib, lakin mən çoxdandır əminəm ki, sözlər kifayət deyil” – Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildirib.
Məlumat üçün bildirək ki, iyunun 18-də Moskva son iki il ərzində pilotsuz uçuş aparatları ilə həyata keçirilən ən irimiqyaslı hücumun hədəfinə çevrilib. Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin bəyanatına əsasən, təxminən 200 pilotsuz uçuş aparatı vurulub.