Serqei Lavrov - Rusiya Ukrayna ilə danışıqların davam edəcəyinə ümid edir
Serqei Lavrov - Rusiya Ukrayna ilə danışıqların davam edəcəyinə ümid edir

 

Rusiya Ukrayna ilə danışıqların davam edəcəyinə ümid edir – bu barədə Rusiyanın xarici işlər naziri Serqei Lavrov deyib.

Jurnalistin Moskvanın Ukrayna münaqişəsinin həlli üçün hansı addımlar atması sualına cavabında Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimer Putinin təşəbbüsü ilə Rusiya və Ukrayna tərəfləri arasında birbaşa danışıqlar bərpa olunub.

“İstanbulda üç raund keçirildi və humanitar məsələlərdə: hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsi, həlak olanların cəsədlərinin qaytarılması və s. müəyyən irəliləyiş əldə olunmuşdu. Bundan başqa, hər bir tərəf münaqişənin sonlandırılması şərtləri haqqında öz baxışını dilə gətirdi. Nümayəndə heyətlərinin rəhbərləri birbaşa təmasdadırlar. Biz danışıqların davam edəcəyini gözləyirik” – Lavrov deyib.

Bununla yanaşı, Rusiyanın xarici işlər naziri bildirib ki, Ukraynada böhranın sülh yolu ilə həlli Rusiya üçün prioritet olaraq qalır.