Serqei Lavrov – Rusiya, ABŞ və İranın İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək səyini alqışlayır və prosesə dəstək olmağa hazırdır
Rusiya, ABŞ və İranın İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək səyini alqışlayır və prosesə dəstək olmağa hazırdır – bu barədə Rusiyanın xarici işlər naziri Serqei Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri, danışıqlarda Tehranın qanuni maraqlarının nəzərə alınmalı olduğunu deyib.
Lavrovun bəyanatına əsasən, Moskva İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müzakirə edilmiş və hazırda müzakirə olunan razılaşmalar da daxil olmaqla, obyektiv və qarşılıqlı məqbul razılaşmaları alqışlayır. Rusiyanın xarici işlər nazirinin bəyanatına əsasən, Rusiya Prezidenti Vladimer Putinlə İranın xarici işlər naziri Abbas Arağçi arasında uzun və intensiv söhbət olub və Rusiya Prezidenti bu söhbətdən çox razı qalıb.