Serqei Lavrov - Qərbli həmkarlar onlarla birlikdə, ən yaxşı niyyətlərlə, 1960-cı illərdən bəri inşa etdiyimiz Avro-Atlantik təhlükəsizlik modelini özləri sona çatdırdılar
Qərbli həmkarlarımız onlarla birlikdə, ən yaxşı niyyətlərlə, 1960-cı illərdən bəri inşa etdiyimiz Avro-Atlantik təhlükəsizlik modelini özləri sona çatdırdılar – bu barədə Rusiyanın xarici işlər naziri Serqei Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib ki, qərbli həmkarlar həm ATƏT-də, həm də Rusiya-NATO Şurası çərçivəsində ən yüksək səviyyədə götürülmüş öhdəlikləri faktiki olaraq tapdalayıblar.
“Öhdəliklər – öz təhlükəsizliyini başqasının təhlükəsizliyi hesabına gücləndirməmək, Avropada hər hansı bir ölkə, ölkələr qrupu və ya təşkilat tərəfindən hərbi-siyasi üstünlüyə yol verməmək” – Serqei Lavrov qeyd edib.
Rusiya xarici işlər naziri bildirib ki, Avropa İttifaqının NATO ilə birləşməsi, eləcə də ABŞ tərəfindən Cənub-Şərqi Asiyada Çin əleyhinə hərbi blokların yaradılması Avro-Atlantik təhlükəsizliyə mənfi təsir göstərib.
Lavrovun bəyanatına əsasən, Qərb Rusiya sərhədləri yaxınlığında quruda və dənizdə təxribat xarakterli hərbi təlimləri gücləndirməyə davam edir.
“Əsas təhlükə qərbin çoxqütblülüyün obyektiv proseslərinin qarşısını almağa çalışan və onları öz qlobal üstünlüklərinə çağırış kimi qəbul edən qüvvələrindən gəlir. Onlar siyasətdə, maliyyədə və ticarətdə, kolonial dövrdən bəri əldə etdikləri üstünlükləri mübarizə aparmadan güzəştə getmək istəmirlər. İndi onlar neokolonial metodlardan istifadə etməklə, dırnaqarası qaydalara əsaslanmış nizam şüarı ilə bu üstünlükləri qorumağa çalışırlar” — Serqei Lavrov qeyd edib.