Serqei Lavrov - Moskva Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyadan ayırmaq cəhdlərinin qarşısını alır
Serqei Lavrov - Moskva Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyadan ayırmaq cəhdlərinin qarşısını alır

 

Qərb öz əməkdaşlıq strukturlarını yaratmaq yoluyla Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyadan ayırmağa çalışır, Moskva isə bütün mövcud vasitələrlə belə cəhdlərin qarşısını alır – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov Minskdə keçirilmiş Avrasiya Təhlükəsizliyi üzrə III Beynəlxalq Konfransın yekun mətbuat konfransında bəyanat verib.

“NATO və Avropa İttifaqı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə öz dialoqlarını və əməkdaşlıq strukturlarını yaradırlar və Qərb bu əlaqələrdən ikitərəfli fayda üçün deyil, bu ölkələri Rusiyadan ayırmaq üçün istifadə etmək istəyir. Belə tendensiyaların qarşısını biz əlbəttə, bütün mövcud diplomatik, siyasi və iqtisadi vasitələrlə alırıq” – Serqei Lavrov bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya “heç vaxt Mərkəzi Asiya və Cənubi Qafqazda müttəfiqlərinin və tərəfdaşlarının xoş niyyətindən kiminsə sui-istifadə etməsinə” və onların “iqtisadi və siyasi maraqları baxımından tamamilə qəbuledilməz olan Rusiya ilə qarşıdurmaya sövq edilməsinə razı olmayacaq”.