Serqei Lavrov - İndi gördüklərimiz getdikcə daha genişmiqyaslı münaqişəyə çevrilmə əlamətləri göstərir və bəziləri bunu artıq "yeni dünya müharibəsi" adlandırıb
İndi gördüklərimiz getdikcə daha genişmiqyaslı münaqişəyə çevrilmə əlamətləri göstərir və bəziləri bunu artıq “yeni dünya müharibəsi” adlandırıb – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov bildirib.
Lavrov bildirib ki, ABŞ və İsrail Fars körfəzinin ərəb dövlətlərini İrana qarşı təhrik etməyə çalışırlar.
“ABŞ və İsrail İranla qonşuları arasında münasibətlərin normallaşmasına maneə olmağa və hətta Körfəz Əməkdaşlıq Şurasının üzvlərini İslam Respublikasına qarşı qaldırmağa çalışırlar” – Lavrov qeyd edib.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Moskva Fars körfəzindəki böhranın diplomatik yollarla həllində vasitəçilik etməyə və digər yardımlar göstərməyə hazırdır.
“Biz istər İranda, istərsə də bu vəziyyətin ciddi və mənfi nəticələrini yaşayan Körfəz Əməkdaşlıq Şurası ölkələrində mülki əhaliyə və mülki infrastruktura qarşı hərbi güc tətbiqini qəbuledilməz hesab edirik” – Lavrov qeyd edib.