Serqei Lavrov - Donald Tramp Ukraynada münaqişənin əsas səbəblərini anlamağa başlayan yeganə qərbli liderdir
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin əsas səbəblərini anlamağa başlayan yeganə qərbli liderdir – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov Rusiya Federasiya Şurasındakı çıxışında deyib.
Həmçinin, Lavrov əlavə edib ki, Moskva Amerika liderinin dialoqa və Ukrayna böhranının diplomatik həllinə sadiqliyini təqdir edir.
“Amerika Birləşmiş Ştatları getdikcə daha da səbirsizləşir, xüsusən də prezident Tramp, artıq dediyim kimi, cari ilin yanvarında, təyinatından dərhal sonra Ukraynada müharibəni qaçılmaz edən səbəbləri anlamağa başlayan yeganə qərbli liderdir” – Lavrov qeyd edib.
Həmçinin, Rusiyanın xarici işlər naziri Böyük Britaniyanı və Avropa İttifaqını tənqid edib və hər ikisinin “ümidsiz siyasi korluq” içində olduğunu və Rusiyanın öhdəsindən gəlmək illüziyası ilə özlərini aldatdıqlarını deyib.
Həmçinin, Lavrov bildirib ki, Moskvanın Avropa ilə müharibəyə başlamaq niyyəti yoxdur, lakin başqa ölkələrin qoşunları Ukraynaya yerləşdirilsə, cavab verməyə hazırdır.