Serqei Lavrov – BMT-nin Təhlükəsizlik Şurası tərəfindən ABŞ-nin hazırladığı qətnamənin qəbul edilməsi müharibənin səbəblərinin daha yaxşı başa düşüldüyünü göstərir
Rusiyanın xarici işlər naziri Serqei Lavrov bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən ABŞ-nin hazırladığı qətnamənin qəbul edilməsi müharibənin səbəblərinin daha yaxşı başa düşüldüyünü göstərir. Lavrov bu haqda İrana səfəri zamanı qeyd edib.
Bununla yanaşı, Rusiyanın xarici işlər naziri iranlı həmkarı ilə aparılan danışıqlardan da danışıb.
“Biz Ukraynada və onun ətrafındakı vəziyyəti müzakirə etdik. Mən iranlı həmkarlarıma bu böhranın əsas səbəblərinin, Rusiyanın mövqeyi və narahatlığının başa düşülməsinə əsaslanan balanslaşdırılmış mövqeyinə görə təşəkkür etdim” – Serqei Lavrov bildirib.
Məlumat üçün bildirək ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ-nin Ukraynadakı müharibəni tez bir zamanda bitirməyə çağıran “Sülhə gedən yol” qətnaməsini qəbul edib. Sənəddə Rusiyadan təcavüzkar kimi bəhs olunmur.