Serqei Lavrov – Biz bir-birimizi nəinki dinlədik, həm də başa düşdük, Amerika tərəfi bizim mövqeyimizi daha yaxşı başa düşdü, söhbət çox faydalıdır

19:12, 18.02.2025

 
Rusiyanın xarici işlər naziri Serqei Lavrovun bəyanatına əsasən, Rusiya nümayəndə heyəti dövlət katibi Marko Rubio ilə razılaşıb ki, ölkələrin öz milli maraqlarını rəhbər tutması vacibdir.

Lavrov bildirib ki, dövlətlərin maraqları üst-üstə düşmürsə, hərbi eskalasiyaya səbəb olmamaq üçün münasibətlərin tənzimlənməsi vacibdir.

“Düşünürəm ki, söhbət çox faydalıdır. Biz bir-birimizi nəinki dinlədik, həm də başa düşdük, Amerika tərəfi bizim mövqeyimizi daha yaxşı başa düşdü” – Lavrov qeyd edib.

Rusiyanın xarici işlər naziri Serqei Lavrov amerikalı nümayəndə heyəti ilə görüşdən sonra ölkələr arasında üç mərhələdən ibarət razılaşmanı açıqlayıb. Lavrov bildirib ki, birinci vəzifə iki ölkənin səfirlərinin təsdiqinin sürətləndirilməsini təmin etməkdir. O, həmçinin Amerika tərəfini Co Bayden administrasiyasının diplomatik fəaliyyətə qoyduğu və Rusiya və ABŞ səfirliklərinin işini ciddi şəkildə çətinləşdirən maneələri aradan qaldırmağa çağırıb. İkinci mərhələ Ukraynada davam edən müharibənin nizamlanması prosesini əhatə edir.

“Biz razılaşdıq ki, yaxın gələcəkdə Ukrayna üçün nizamlanma prosesi formalaşdırılacaq. Amerika tərəfi bu iş çərçivəsində Vaşinqtonu kimin təmsil edəcəyi haqda bizə məlumat verəcək. Adı öyrənən kimi biz prosesimizin iştirakçısının adını çəkəcəyik” – Lavrov qeyd edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, üçüncü mərhələ Ukraynada davam edən müharibənin həlli ilə paralel olaraq Rusiya ilə ABŞ arasında əməkdaşlığın tam bərpası üçün şərait yaradılmasını nəzərdə tutur. O cümlədən dünyanın müxtəlif hissələrində mövcud geosiyasi problemlər üzrə.

Oxşar