Serqei Lavrov bildirir ki, Putin ən yüksək səviyyədə müzakirə edilməyə ehtiyac duyan bütün məsələlər yaxşı işlənərsə, Zelenski ilə görüşməyə hazırdır
Serqei Lavrov bildirir ki, Putin ən yüksək səviyyədə müzakirə edilməyə ehtiyac duyan bütün məsələlər yaxşı işlənərsə, Zelenski ilə görüşməyə hazırdır

 

Serqei Lavrov bildirir ki, Putin ən yüksək səviyyədə müzakirə edilməyə ehtiyac duyan bütün məsələlər yaxşı işlənərsə, Zelenski ilə görüşməyə hazırdır.

Bu barədə Rusiya xarici işlər naziri Moskvada hindistanlı həmkarı ilə görüşdən sonra deyib.

Lavrov bir daha bəyan edib ki, Rusiya 2022-ci ildə İstanbulda razılaşdırılmış təhlükəsizlik təminatları prinsiplərini dəstəkləyir, geridə qalan hər şeyi isə perspektivi olmayan təşəbbüs kimi qiymətləndirir.

Rusiya XİN rəhbəri həmçinin deyib ki, Kiyev Trampın həyata keçirdiyi tənzimləmə səylərini pozmaq istəyir.

Bununla yanaşı, Lavrov bildirib ki, Avropa Ukrayna ərazisinə xarici müdaxilə təklifi ilə çıxış edir və bu, Moskva üçün “tamamilə qəbuledilməzdir”.

“Dırnaqarası “İstəklilər koalisiyası”nın rəhbər tutduğu motivlərə gəlincə, mən bu fəaliyyətin Alyaska sammiti nəticəsində konturları açıq-aşkar görünən tərəqqini pozmağa yönəldiyinə dair bir çox əlamətlər görürəm” – Lavrov bildirib.

O bildirib ki, Zelenski Putinlə birgə sammit haqqında danışanda “tənzimləmə səylərini pozmağa çalışır və bunu “Kvartal 95” komediya verilişinə bənzər hiylələrlə edir”.

Lavrov həmçinin bildirib ki, “Nə vaxt ki, məsələ Ukrayna ilə gələcək razılaşmaların imzalanmasından getsə, məhz o zaman Ukrayna tərəfindən imza atanların legitimliyi məsələsi ortaya çıxacaq”.