Serqei Lavrov – ATƏT-in bütün ilkin məqsəd və prinsipləri kobud şəkildə pozulur və onlara məhəl qoyulmur, NATO ölkələri və Avropa İttifaqı təşkilatı böhran vəziyyətinə salıblar
ATƏT-in bütün ilkin məqsəd və prinsipləri kobud şəkildə pozulur və onlara məhəl qoyulmur, NATO ölkələri və Avropa İttifaqı təşkilatı böhran vəziyyətinə salıblar – bu haqda Rusiyanın xarici işlər naziri Serqei Lavrov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşü zamanı deyib.
Serqei Lavrov Feridun Sinirlioğlunun çətin vaxtlarda Katibliyə rəhbərlik etdiyini bildirib.
“Təşkilat Helsinki Aktının 50-ci ildönümünə NATO ölkələri və Avropa İttifaqı tərəfindən salındığı çox dərin böhranla yaxınlaşdı” – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Serqei Lavrov deyib ki, Rusiya tərəfi ATƏT-i ilkin prinsiplərinə qaytarmaq üçün hər şeyi etmək üçün Feridun Sinirlioğlunun təcrübəsinə və müdrikliyinə ümid edir.