Serqei Lavrov - Arqumentlərimiz var, aydın, dəqiq mövqeyimiz var və onu Alyaskada bildirəcəyik
Rusiyanın xarici işlər naziri Serqei Lavrovun bəyanatına əsasən, Rusiya tərəfi Alyaskada aydın mövqe bildirəcək.
Serqei Lavrov ümid edir ki, Stiv Uitkofun səfəri zamanı başlayan faydalı söhbət Alyaskada davam edəcək.
“Biz heç vaxt əvvəlcədən planlaşdırmırıq. Arqumentlərimiz var, aydın, dəqiq mövqeyimiz var və onu Alyaskada bildirəcəyik. Stiv Uitkofun səfərləri zamanı artıq çox şey edilib, bu barədə prezident bəyan edib. Uitkof prezident Trampın adından danışıb. Ümid edirəm ki, bu gün bu çox faydalı söhbəti davam etdirəcəyik” – Serqei Lavrov bildirib.
Medianın xəbər verdiyi kimi, Serqei Lavrov artıq Alyaskaya gəlib.