Serqei Lavrov - Əgər düz başa düşmüşəmsə, Fridrix Merts dedi ki, Ukraynada uzaqmənzilli raketlərin istehsalının maliyyələşdirilməsi əvvəldən planlaşdırılmışdı, Almaniyanın bu müharibədə birbaşa iştirakı artıq aydındır
Əgər düz başa düşmüşəmsə, Fridrix Merts dedi ki, Ukraynada uzaqmənzilli raketlərin istehsalının maliyyələşdirilməsi əvvəldən planlaşdırılmışdı, Almaniyanın bu müharibədə birbaşa iştirakı artıq aydındır – bu barədə Rusiyanın xarici işlər naziri Serqei Lavrov deyib.
Lavrov bildirib ki, Rusiya Almaniya tərəfindən Ukrayna üçün uzaqmənzilli silahlarla bağlı qüvvədə olan məhdudiyyətin aradan qaldırılması barədə məlumatı yoxlayacaq.
“Əgər oxuduğumu düz başa düşmüşəmsə, Almaniyanın kansleri Fridrix Merts mətbuat konfransında dedi ki, məhz Ukraynada uzaqmənzilli raketlərin istehsalının maliyyələşdirilməsi əvvəldən planlaşdırılmışdı. Almaniya raketlərinin tədarükündən söhbət getmir. Bunu yoxlamaq lazımdır. Almaniyanın bu müharibədə birbaşa iştirakı artıq aydındır. Ümid edirəm ki, bu ölkənin məsuliyyətli siyasətçiləri sonda düzgün nəticə çıxaracaqlar və bu çılğınlığa son qoyacaqlar” – Lavrov qeyd edib.
Məlumat üçün bildirək ki, Almaniyanın kansleri Fridrix Merts Almaniyanın Ukraynada uzaqmənzilli silahın, o cümlədən pilotsuz aparatların istehsalına sərmayə qoymağı planlaşdırdığını bildirib. Almaniya hökumətinin başçısı deyib ki, radiusa məhdudiyyət qoyulmayacaq və bu, Ukraynaya öz ərazisindən kənarda yerləşən hərbi hədəflər də daxil olmaqla, özünü tam şəkildə müdafiə etməyə imkan verəcək.